Dünən döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub

Dünən döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.

“Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən şəhid olmuş hərbi qulluqçuların adlarını təqdim edir:

– leytenant Niftəliyev Ümüd Oruc oğlu;
– gizir Cabbarov Orxan Hətəm oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
– əsgər Ağayev Elçin Mərifət oğlu;
– əsgər Əlizadə Elmin Samir oğlu;
– əsgər Əliyev Elçin Ramil oğlu;
– əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Döyüşlərdə Azərbaycan Ordusunun 10 nəfər hərbi qulluqçusu yaralanıb.

Bildirilib ki, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib: “Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Poliqon.az

CATEGORIES
TAGS