EFES-2022 təlimində iştirak edəcək heyətin hazırlığı yoxlanılıb

EFES-2022 təlimində iştirak edəcək heyətin hazırlığı yoxlanılıb

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov EFES-2022 çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçuların təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kontr-admiral S.Bəkirov, həmçinin Azərbaycanı təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, EFES-2022 çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılıb.

m1 3 m2 3 m3 3 m4 1 m5 1

Poliqon.az

CATEGORIES
TAGS