
Azərbaycan hərbçilərinin də iştirakı ilə Türkiyədə keçirilən EFES-2026 çoxmillətli təlimi çərçivəsində bayraqla paraşüt atlayışı icra olunub.
“Poliqon” xəbər verir ki, atlayış zamanı 51 ölkənin bayrağı, o cümlədən 2 Türkiyə bayrağı və EFES-2026 təliminin rəmzi bayarağı səmada dalğalanıb.
Bayraq atlayışında Türkiyə, Macarıstan və Azərbaycan hərbi qulluqçuları aktiv paraşüt atlayışı həyata keçiriblər.
Qeyd edək ki, EFES-2026 təliminin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.




