
EFES-2026 təlimi çərçivəsində düşmənə yardım gətirən gəminin ələ keçirilməsi üzrə tapşırıqlar icra edilib.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Ssenariyə əsasən, Türkiyə, Azərbaycan, Liviya və Macarıstan hərbi qulluqçularından ibarət sualtı hücum (SAH) qrupları gəminin ələ keçirilməsi və müsadirə edilməsi üzrə təlimləri yerinə yetiriblər.




