Ehtiyata buraxılan hərbi qulluqçular üçün mərasim keçirilib

Ehtiyata buraxılan hərbi qulluqçular üçün mərasim keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda həyata keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı tədbir keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına 2016-cı ilin aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş olunduqdan sonra döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq nümunələri göstərərək doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, xidmətini başa vurmuş əsgərlər silah və zirehli gödəkçələrini döyüş növbətçiliyinə yeni daxil olmuş əsgərlərə təhvil verərək onlara bu yolda uğurlar və qələbə sevinci arzulayıblar.
Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə təltif olunanlara medallar, xidmətdə fərqlənən hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin sonunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması münasibəti ilə qurbanlar kəsilib.

70b8d75d738d6bb4f8cd253137fcb9ba 71139896f650a198c17a1fdbedfcfdb5 5ff94ff4b0b6cfafd70de97a8d647e61 ddc4528f17e9a31041d86df889853a60 6fc8984ba49d9bf5497c96c07a23e9a6 8be34a5bc9557fd623b994bd911d40da cc201e4bee8f7a80f72d346a90d8d20b aa2bc17ba4e7a56660e0ea2ed0e06752 29afd8ea817ad2175bcc9846130c3a30

 

 

Poliqon.az

CATEGORIES
TAGS