Əlahiddə Ümumqoşun Orduda snayperlərin bacarıqları təkmilləşdirilir – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda snayperlərin bacarıqları təkmilləşdirilir – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda snayperlərin peşəkarlıqlarının artırılması məqsədi ilə mütəxəssis toplantısı keçirilir.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq edirlər.

Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır.

Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

snayper6 snayper5 snayper4 1 snayper3 1 snayper2 1 snayper1 1 snayper

Poliqon.az

CATEGORIES
TAGS