“Elbit Systems” adı açıqlanmayan ölkəyə uzun mənzilli patrul təyyarələri tədarük edəcək

“Elbit Systems” adı açıqlanmayan ölkəyə uzun mənzilli patrul təyyarələri tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Asiya-Sakit okean regionundakı adı açıqlanmayan ölkəyə 2 ədəd uzun mənzilli patrul təyyarəsi (long-range patrol aircraft – LRPA) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 114 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində təyyarələrin istehsalı və çatdırılması ilə bağlı görüləcək bütün işlər beş il müddətində həyata keçiriləcək.

Bildirilib ki, sifarişçiyə tədarük olunacaq hər iki LRPA təyyarəsi yeni ATR 72-600-ə əsaslanacaq. Onlar hər biri “Elbit Systems” şirkətinin istehsal etdiyi əməliyyat idarəetmə sistemi, elektro-optik, radar, SIGINT, rabitə və s. cihazlar ilə təchiz olunacaq.

Qeyd edək ki, ATR 72-600, Fransa və İtaliyanın birgə şirkəti olan ATR tərəfindən istehsal edilən kommersiya təyyarəsidir. “Elbit Systems” tərəfindən görüləcək işlər sayəsində bu təyyarələr, patrul əməliyyatlarının aparılması üçün uyğun platdorma halına gətiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS