DünyaXəbərlər

“Elbit Systems” Avropa ölkəsindən 1,4 milyard dollarlıq sifariş alıb

İsrailin “Elbit Systems” şirkəti Avropadan olan bir müştəri üçün genişmiqyaslı hərbi modernizasiya proqramlarının həyata keçirilməsinə dair təxminən 1,4 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, müqavilə üzrə beş il müddətində icra olunacaq modernizasiya proqramları bütün döyüş mühitini əhatə etməklə manevr və sağqalma qabiliyyətlərini artıracaq.

Təqdim ediləcək müasir həllərə müxtəlif pilotsuz avtonom sistemlər, qabaqcıl şəbəkə əsaslı elektron müharibə (EW) vasitələri, yüksək dəqiqlikli idarəolunan sursatlar (artilleriya və “hava-yer” tipli), həmçinin elektro-optik hədəfləmə və kəşfiyyat sistemləri daxildir. Bütün bu sistemlər proqram təminatı ilə müəyyən edilən radiostansiyalar (SDR) vasitəsilə vahid şəbəkədə birləşdiriləcək.

Qeyd olunub ki, bu həllər adı açıqlanmayan müştərinin əməliyyat effektivliyini artıraraq onun daha qabaqcıl və müasir orduya çevrilməsinə töhfə verəcək.

Back to top button