QuruXəbərlər

“Elbit Systems” Avropa ölkəsinə PULS YARS-lar və EXTRA-MR raketləri tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan Avropa ölkəsinə EXTRA-MR (ortamənzilli) raketləri və PULS (Precise & Universal Launching System) yaylım atəşli reaktiv sistemlərinin (YARS) tədarükü üçün təxminən 235 milyon ABŞ dolları dəyərində müqavilə əldə edib.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, müqavilə İsrail Müdafiə Nazirliyi ilə müştəri ölkənin Müdafiə Nazirliyi arasında hökumətlərarası (G2G) razılaşma çərçivəsində imzalanıb.

Üç il ərzində icra edilməsi nəzərdə tutulan müqaviləyə əsasən, “Elbit Systems” şirkəti özünün supersonik EXTRA raket sisteminin ortamənzilli variantını tədarük edəcək. Saziş çərçivəsində, həmçinin PULS buraxılış qurğularının, raket-artilleriya sistemləri ilə əlaqəli əlavə platformaların və inteqrasiya olunmuş logistika dəstəyinin təmin edilməsi planlaşdırılır.

EXTRA-MR (Medium-Range) ortamənzilli əməliyyatlar üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli idarəolunan raketdir. Bu raket 80 km-dək məsafədə yüksək dəyərli hədəfləri dəqiqliklə vurmağa imkan verir. “Elbit Systems” şirkətinin PULS sistemləri və mövcud C4I (idarəetmə, rabitə, kompüterlər və kəşfiyyat) arxitekturaları ilə tam uyğun olan EXTRA-MR müxtəlif əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün çevik və iqtisadi cəhətdən səmərəli imkanlar təqdim edir.​

 

Back to top button