“Elbit Systems” bu günə qədər 600 min rabitə cihazı tədarük edib

“Elbit Systems” bu günə qədər 600 min rabitə cihazı tədarük edib

İsrailin “Elbit Systems” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsinə (FMV) V/UHF SDR (Software Defined Radio) rabitə cihazlarının növbəti partiyasını təhvil verib.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla da şirkətin 55 il ərzində istehsal və təhvil etdiyi taktiki rabitə cihazlarının ümumi sayı 600 minə çatıb.

Bu müddətdə “Elbit Systems” HF (High Frequency), VHF (Very High Frequency), UHF (Ultra High Frequency), “Microwave” və SATCOM kimi müxtəlif portfeldə hava, dəniz və quru qüvvələri üçün müasir radio vasitələr hazırlayıb.

Qeyd edək ki, şirkətin İsveç Müdafiə Avadanlıqları İdarəsinə təhvil verdiyi V/UHF SDR, “E-LynX” ailəsinə daxil olan beşinci nəsil taktiki rabitə cihazıdır. Bununla bağlı tərəflər arasındakı müqavilə 2021-ci ildə imzalanıb.

Hazırda “Elbit Systems” şirkətinin istehsal etdiyi radio vasitələr Azərbaycan və NATO ölkələri də daxil olmaqla bir çox Avropa dövlətlərinin Orduları tərəfindən istifadə edilir.

Poliqon.az

CATEGORIES
TAGS