“Elbit Systems” Bundesverin CH-53 helikopterlərini EW sistemləri ilə təmin edəcək

“Elbit Systems” Bundesverin CH-53 helikopterlərini EW sistemləri ilə təmin edəcək

İsrailin “Elbit Systems” şirkəti Almaniya Silahlı Qüvvələrinin (Bundesver‎) CH-53 GS/GE nəqliyyat helikopterlərini elektron müharibə (EW) sistemləri ilə təmin edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, sözügedən sistemlərin təmin olunması üçün şirkət, Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsinin (BAAINBw) CH-53 GS/GE modernizasiya layihəsini həyata keçirən “Airbus Helicopters” tərəfindən seçilib.

Bildirilib ki, bununla bağlı “Elbit Systems” və “Airbus Helicopters” arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Elbit Systems” CH-53 helikopterlərinin özünümüdafiə qabiliyyətini artırmaqdan ötrü onları RWR (Radar Warning Receivers), EWC (EW Controllers) və CMDS (Counter Measure Dispensing Systems) sistemləri ilə təmin edəcək.

Poliqon.az

CATEGORIES
TAGS