“Elbit Systems” “Hermes” PUA ailəsinin yeni üzvünü təqdim edib

“Elbit Systems” “Hermes” PUA ailəsinin yeni üzvünü təqdim edib

İsrailin “Elbit Systems” şirkəti “Hermes 650 Spark” pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, “Hermes 650 Spark”, şirkət tərəfindən istehsal edilən “Hermes” PUA ailəsinin yeni üzvüdür.

MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan “Hermes™ 650 Spark” artırılmış mənzilə, sağ qalma qabiliyyətinə, uçuş sürətinə, səmərəliliyə, faydalı yük daşımaq bacarığına və avtonom əməliyyat imkanına sahibdir. NATO STANAG 4671 standartına cavab verən PUA müxtəlif əməliyyatların yerinə yetirilməsində istifdə edilə bilər.

“Hermes 650 Spark” taktiki PUA müstəsna əməliyyat imkanları ilə seçilir. PUA avtomatik qalxma və enmə imkanına malikdir. Onun faydalı yük daşımaq bacarığı 260 kiloqram təşkil edir.

Yeni PUA yüksək keyfiyyətli elektro-optika (EO), radar, SIGINT və digər qabaqcıl funksiyaları özündə birləşdirir. O, SATCOM diapazonu daxilində uzun missiyaları yerinə yetirmək və 24 saata qədər havada qalmaq qabiliyyətinə malikdir.

CATEGORIES
TAGS