“Elbit Systems” kommersiya təyyarələrini kəşfiyyat və EW platformalarına çevirəcək

“Elbit Systems” kommersiya təyyarələrini kəşfiyyat və EW platformalarına çevirəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan müştərinin kommersiya təyyarələrini kəşfiyyat və elektron müharibə (EW) tapşırıqlarını yerinə yetirəcək təyyarələrə çevirəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət və müştəri arasında 100 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, kəşfiyyat və EW qabiliyyətləri ilə təmin olunacaq təyyarələr üzərində işlər qarşıdakı 3 il ərzində həyata keçiriləcək.

Bu işlər çərçivəsində təyyarələr elektro-optik VISINT sensorları, ISNS peyk naviqasiyaları, SIGINT və EW sistemləri ilə təchiz ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS