Elçin Quliyev: DSX qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısı uğurla icra olunub

Elçin Quliyev: DSX qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısı uğurla icra olunub

Mayın 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının dövlətçilik tarixinin şanlı səhifələrindən olan “28 may – Respublika günü” və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Azər­baycan tarixinin ən böyük sərkərdəsi olan Prezident İlham Əliyevin şəxsi iradəsi, cəsarəti, müdrik siyasəti və dövlətçilik ba­ca­rığı, böyük Vətən sevgisi, xalqın bir yumruq kimi onun ətra­fında birləş­məsi sayəsində düşmən üzərində Tarixi Zəfərin əldə olunması vurğulan­ıb, Ali Baş Komandanın öz şəxsi nümunəsi ilə hərbiçi­ləri qəhrəmanlıq və rəşadət dastanı yazmağa ruhlandırması bildiril­ib.

Vətən müharibəsi zamanı Ali Baş Komandan tərəfindən Dövlət Sər­həd Xidməti qarşısında qoyulmuş döyüş tapşırıqlarının hamısının uğurla icra olunduğu, döyüş əməliyyatlarının gedişində Azərbaycan sərhədçilərinin igidlik və qəhrəmanlıq nümunələri göstərmələri, hazırkı təd­birin baş tutduğu ərazilərdə düşmənə sarsıdıcı zərbələr endirmələri, yüz­lərlə canlı qüvvəsini məhv etmələri, çox­saylı silah-sursatını qənimət kimi götürmələri qeyd olunub.

Aprelin 26-da Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissəsinin açılışı zamanı şəxsi heyət qarşısında çıxışında Prezidenti İlham Əliyevin Vətən Müharibəsində DSX-nin iştirakına yüksək qiymət verməsinin Azərbaycan sərhədçilərini daha da ruhlandırması xüsusi vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kom­pleks tədbirlərin sürətlə davam etdirildiyi, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd müha­fi­zə­sinə ali dövləti diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Prezident İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə  Prezident İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub, döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanası, yemək­xana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilib.

Poliqon.az

CATEGORIES
TAGS