Elçin Quliyev helikopter qəzasında yaralanmış hərbçiləri ziyarət edib

Elçin Quliyev helikopter qəzasında yaralanmış hərbçiləri ziyarət edib

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə məlumat verilib.

Bildirilib ki, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı DSX-nin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

Poliqon.az

CATEGORIES
TAGS