
Engin Aykol: Azərbaycan ordusunun qəhrəman əsgərlərinin qələbə qazanacağına həmişə inanırdıq
Əvvəla, 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş qardaş Azərbaycanın torpağı olan Dağlıq Qarabağ, nəhayət düşmən işğalından azad edilmiş və Azərbaycan Ordusu böyük bir zəfərə imza atmışdır. Müharibədə canları bahasına və cəsarətlə vuruşan qəhrəman Azərbaycan ordusunun qəhrəman əsgərlərinin qələbə qazanacağına həmişə inanırdıq.
“Poliqon” xəbər verir ki, bu sözləri Türkiyənin “Nurol Makina” (NMS) şirkətinin baş direktoru Engin Aykol Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik mesajında bildirib.
“Bundan sonra hər 8 Noyabr tarixində qeyd ediləcək Zəfər Günündə, şanlı ay və ulduzlu bayraqlarımız birlikdə dalğalanacaq. “Bir millət, iki dövlət” anlayışı ilə qardaş Azərbaycanın qəhrəman ordularının qələbəsini ürəkdən qeyd edirik; şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anırıq.
Qarabağ Azərbaycandır! Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!
Bu münasibətlə qəhrəman və müttəfiq Azərbaycan ordusunun Silahlı Qüvvələr Günü şərəfinə “Nurol Makina” heyəti adından ən dərin və səmimi duyğularımızı bildirməkdən məmnuniyyət duyuram. Ölkəsinin və bayrağının şərəfi üçün qəhrəmancasına vuruşan Azərbaycan əsgərlərinə bu günün hörmətinə ürəkdən gələn hisslərimizi və sevgimizi çatdırırıq”, – deyə “Nurol Makina” şirkətinin baş direktoru Engin Aykol bildirib.