Ərdoğanın təyyarəsi birbaşa Füzuliyə enəcək

Ərdoğanın təyyarəsi birbaşa Füzuliyə enəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi birbaşa Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.

“Poliqon”un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualının cavabında bildirib.

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Proqramda Bakı yoxdur, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Ərdoğan bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə yanaşı, bəzi infrastruktur obyektlərin açılışında da iştirak edəcək.

Poliqon.az

CATEGORIES
TAGS