Ermənistan şirkəti kamikadze PUA-lar hazırlayıb

Ermənistan şirkəti kamikadze PUA-lar hazırlayıb

Ermənistanın “Pride Systems” şirkəti kiçik ölçülü sabit qanadlı və multikopter tipli iki yeni süzən sursat (kamikadze PUA) hazırlayıb.

“Poliqon” “Pride Systems”in rəsmi saytına istinadən xəbər verir ki, süzən sursatların hər iki modeli həm avtonom rejimdə çalışır, həm də personal tərəfindən planşet vasitəsilə idarə edilir.

Sabit qanadlı və multikopter tipli süzən sursatların kiçik ölçü və yüngül çəkiyə malik olması onların bir personal tərəfindən daşınmasına, qısa müddətdə döyüşə hazır vəziyyətə gətirilməsinə və idarə edilməsinə imkan verir.

Yeni süzən sursatlar sabit və hərəkətdə olan hədəflərə qarşı istifadə oluna bilir. Kamikadze PUA-lar tuşlama sistemindəki müxtəlif hədəflərin yerləşmiş video görüntülərinə uyğun olaraq hədəfləri avtomatik olaraq aşkarlamaq və zərəsizləşdirmək qabiliyyətinə malikdir.

Operator süzən sursatları təyin olunmuş hədəflərə (Man-In-The-Loop) seçib yönləndirə və ya sursat özü PUA yaddaşında yerləşdirilən hədəflərin prioritetinə uyğun olaraq hədəflərə hücum qərarı verə bilər. Süzən sursatlar, əvvəlcədən müəyyən edilmiş bir əraziyə avtonom şəkildə uçmaq üçün Yer Stansiyası Sistemi tərəfindən işə salınmazdan əvvəl proqramlaşdırılır.

Açılan qanad dizaynına sahib olan süzən sursat raket gücləndiricisi ilə xüsusi borudan buraxılır. 5 kq ağırlığı olan PUA-nın maksimum sürəti 200 km/saat, uçuş mənzili 80 kilometr, havada qalma müddəti 1 saat təşkil edir.

Multikopter (çox rotorlu (pərvanəli) pilotsuz uçuş aparatlarına verilən ümumi addır – red.) sinfinə məxsus quadkopter (4 rotor) tipli kamikadze PUA-nın uçuş ağırlığı 5 kiloqram, uzunluğu 0.8 metr eni isə 0.6 metrdir. Kamikadze PUA-nın havada qalma müddəti 25 dəqiqə, maksimum sürəti 200 km/saatdır.

Poliqon.az

CATEGORIES
TAGS