Ermənistan Su-30SM döyüş təyyarəsini R-27 və R-73 raketləri ilə silahlandırıb – FOTO

Ermənistan Su-30SM döyüş təyyarəsini R-27 və R-73 raketləri ilə silahlandırıb – FOTO

Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus bort nömrəsi “30” olan Su-30SM döyüş təyyarəsinin R-27 və R-73 raketləri ilə silahlandırılmış görüntüləri yayılıb.

“Poliqon” xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Su-30SM təyyarəsinin yaxın məsafəli döyüşlər üçün “hava-hava” tipli R-27 idarə olunan raketlər və R-73 infraqırmızı başlıqlı özütuşlanan raketlərlə silahlandığı görünür.

Fotoşəkillərin 4-6 oktyabr 2020-ci il tarixləri arasında Ermənistanın Erebuni aerodromunda çəkildiyi iddia edilir.

Qeyd edək ki, bundan əvvəl, Ermənistanın baş nazir Nikol Paşinyan Su-30SM döyüş təyyarələrni Rusiyadan raketsiz aldıqlarını bildirmişdi.

Poliqon.az

CATEGORIES
TAGS