Ermənistan Rusiyadan “Tornado-S” RYAS-ları alıb

Ermənistan Rusiyadan “Tornado-S” reaktiv yaylım atəş sistemi alıb.

Bu barədə “AzeriDefence” hərbi mənbələrə istinadən məlumat verib.

Konkret say göstərilməsə də “Tornado-S” sisteminin və onun döyüş sursatlarının çatdırılmasının 2015-ci il ərzində həyata keçirildiyi bildirilir.

Mənbənin məlumatına görə, Ermənistanın hərbi rəhbərliyinin Rusiyadan uzaq mənzilli silahların alınıması barədə səsləndirdiyi bəyanatlarda məhz bu RYAS-lar dayanır.

Qeyd edək ki, 300 mm çaplı “Tornado-S” sistemi 120-150 km məsafədə hədəfləri vurmağı bacarır.

CATEGORIES
TAGS