Xəbərlər

Ermənistan silahlı qüvvələri fasilələrlə Kəlbəcər və Gədəbəy rayonlarını atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Məlumatda bildirilir ki, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Poliqon.az

Back to top button