Ermənistan silahlı qüvvələri Kəlbəcəri atəşə tutub

Ermənistan silahlı qüvvələri Kəlbəcəri atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

“Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır” – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS