
Ermənistan silahlı qüvvələri Naxçıvanı atəşə tutub
Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyinin “Teleqram” səhifəsində bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirliyin “Teleqram” səhifəsində qeyd olunub.
Poliqon.az
CATEGORIES Xəbərlər