
Ermənistan silahlı qüvvələri Naxçıvanı yenidən atəşə tutub
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, İyulun 19-u saat 17.00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
CATEGORIES Xəbərlər