Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində mövqeləri yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində mövqeləri yenidən atəşə tutub

İyulun 19-u saat 20.50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş