Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi pozub

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildirilib ki, Azərbaycan Ordusu sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Poliqon.az

CATEGORIES
TAGS