Ermənistan silahlı qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib

Ermənistan silahlı qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

“Poliqon” erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə bu vəzifəyə general-mayor Edvard Asryan təyin edilib.

Fərmana əsasən, general-mayor Edvard Asryan 5 il müddətinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Edvard Asryan bu vəzifəyə təyin edilməmişdən əvvəl Ermənistan Silahlı Qüvvələrin Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, general-leytenant Artak Davtyanın 2022-ci il fevralın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsindən sonra həmin posta heç kim təyin olunmamışdı.

Poliqon.az

CATEGORIES
TAGS