Xəbərlər
Ermənistan tərəfi dövlət sərhədində minaatan və artilleriya qurğularından atəş açıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən Azərbaycan bölmələrinin istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
“Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür”, – deyə Müdafiə Nazirliyindən bildirilib.




