Estoniya Cənubi Koreyadan “Chunmoo” YARS-lar alır

Estoniya Cənubi Koreyadan “Chunmoo” YARS-lar alır

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) və Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti arasında altı ədəd “Chunmoo” yaylım atəşli reaktiv sisteminin (YARS) alınmasına dair müqavilə imzalanıb.

“Poliqon” ECDI-yə istinadən xəbər verir ki, təxminən 290 milyon avro dəyərində olan müqavilə buraxıcı sistemləri, üç növ raket sistemini (CGR-080, CTM-MR, CTM-290), eləcə də istismar və təlim dəstəyini əhatə edir.

Bundan əlavə, sistemlərin Estoniya şəraitinə və yol hərəkəti qaydalarına uyğunlaşdırılması üçün platformalarda dəyişikliklər sifariş ediləcək. YARS-ların Estoniya Silahlı Qüvvələrinə çatdırılmasına 2027-ci ilin ikinci yarısından başlanacaq.

54997363718 ee76931636 k 1536x1024 1

CATEGORIES
TAGS