
Estoniya Fransadan yeni “Mistral” DZRK-lər alır
Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi “MBDA France” şirkəti ilə “Mistral” daşınan zenit-raket komplekslərinin (DZRK) satın alınması üçün çərçivə sazişi imzalayıb.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri təxminən 200 milyon avro təşkil edir.
Hələlik müqavilənin müddəti, alınacaq sistem və raketlərin sayı ilə bağlı əlavə məlumat yoxdur.
Qeyd edək ki, Estoniya Silahlı Qüvvələri bir neçə ildir köhnə nəsil “Mistral” hava hücumundan müdafiə (HHM) stemlərindən istifadə edir. Estoniya Silahlı Qüvvələrinin inventarında yer alan sistemlər insan tərəfindən daşınan MANPADS versiyalarından və nəqliyyat vasitəsinə quraşdırılmış versiyalardan ibarətdir.
Xatırladaq ki, ötən il Estoniya hərbi yardım çərçivəsində açıqlanmayan sayda “Mistral” HHM sistemlərini və onların istifadəsi üçün nəzərdə tutulan raketləri Ukraynaya çatdırıb.