Estoniya ordusu R20 “Rahe” avtomatları əldə edib

Estoniya ordusu R20 “Rahe” avtomatları əldə edib

Estoniya Sialhlı Qüvvələri R20 “Rahe” adlı avtomatın ilk partiyasını əldə edib.

“AzeriDefence”nin “Defence-blog”a istinadən verdiyi məlumata görə, Estoniya Müdafiə Qüvvələrinin komandanı general-mayor Martin Heremin iştirakı ilə Tallinn yaxınlığındakı “Männiku” atış poliqonunda Müdafiə Qüvvələrinin yeni R20 “Rahe” avtomatının təqdimatı keçirilib.

Estoniya ordusu ilk sifariş paketi çərçivəsində 1500 ədəd R20 “Rahe” avtomatı ilə təchiz edilib.

“R20 Rahe” avtomatlarını istehsal edən Amerikanın “LMT Defence” şirkəti ilə Estoniya arasında ümumilikdə təxminən 16000 ədəd avtomatın tədarükünə dair müqavilə bağlanıb.

Müqavilə çərçivəsində “LMT Defence” şirkəti sifariş olunan “R20 Rahe” avtomatlarını iki il ərzində Estoniya Müdafiə Qüvvələrinə çatdırılmasını tamamlamalıdır.

 

 

CATEGORIES
TAGS