Estoniya Ordusu təlimlərdə “THeMIS” robotundan istifadə edib – VİDEO

Estoniya Ordusu təlimlərdə “THeMIS” robotundan istifadə edib – VİDEO

Estoniya Ordusu döyüş atışlı təlimlər zamanı yerli “Milrem Robotics” şirkətinin istehsalı olan robot sistemlərini müxtəlif şəraitdə sınaqdan keçirib.

“Poliqon” “Milrem Robotics” şirkətinə istinadən xəbər verir ki, Estoniya Müdafiə Qüvvələrinin artilleriya divizionu təlimlərdə “THeMIS” pilotsuz döyüş platformasından istifadə edib.

Təlimlər zamanı robot genişləndirilmiş vəziyyət məlumatlandırılması təmin edib, yaralıların təxliyəsini yerinə yetirib və müxtəlif mövqelərdən birbaşa atəş dəstəyi verib.

2021-ci ilin aprelində reallaşan təlimlər zamanı Estoniya topçuları “THeMIS” döyüş robotunun iki versiyasından istifadə ediblər:

  • “FN Herstal deFNder” şirkətinin uzaqdan idarə olunan silah sistemi ilə təchiz edilmiş “Combat Support” döyüş dəstəyi versiyası;
  • əlaqəli Acecore dronu ilə təchiz edilmiş “Observe” müşahidə versiyası.

Təlimin ssneraisinə əsasən, “THeMIS Combat” döyüş dəstəyi versiyası tank əleyhinə silahlardan və müşahidəçilərdən ibarət ön dəstəyə kömək edərək onların əsas mövqelərə çəkilməsini dəstəkləyib. Əsas mövqedə isə, platforma yaralıların təxliyyəsi üçün istifadə edilib.

Eyni zamanda, “THeMIS Observe” müşahidə versiyası nəzarəti təmin edib. Belə ki, Robot əməliyyat zonasının gecə-gündüz nəzarətini təmin edən və ona əlavə olunan “Acecore” dronunun köməyi ilə artilleriya divizionunun vəziyyət məlumatlılığını əhəmiyyətli dərəcədə artırıb.

THeMIS Observe e1621669241207

“THeMIS Observe” versiyası

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS