Estoniya “Patria” 6×6 PDM-in inkişaf proqramına qoşulub

Estoniya “Patria” 6×6 PDM-in inkişaf proqramına qoşulub

Estoniya Latviya və Finlandiya hərbi müəssisələrinin birgə istehsalı olan “Patria” piyadaların döyüş maşının (PDM) inkişaf proqramına qoşulmaq qərarına gəlib.

“Patria Group” şirkətinin mətbuat mərkəzindən “AzeriDefence”ə verilən məlumata görə, bununla bağlı Estoniya, Latviya və Finlandiya arasında ortaq texniki əməkdaşlıq sazişi imzalanıb.

İnkişaf proqramı zirehli nəqliyyat vasitəsinin ümumi sisteminin birgə hazırlanasını hədəfləyir. Proqram Finlandiya və Latviyanın qarşılıqlı razılığı əsasında digər ölkələr üçün də açıqdır.

6×6 təkər formuluna malik “Patria” piyadaların döyüş maşını ilk dəfə 2018-ci il 11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilmiş “Eurosatory-2018” beynəlxlaq müdafiə sərgisində təqdim edilib.

2018-ci ilin sonlarında zirehli döyüş maşınını həm Finlandiyada, həm də xaricdə sınaqları keçirilib. Daha sonra “Patria” 6×6 nəqliyyat vasitəsinin ikinci prototipi hazırlanıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Patria” 6×6  XA və AMV nəqliyyat vasitələrinin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirir.

 

 

 

 

CATEGORIES
TAGS