
Estoniya Ukrayna Ordusuna 2400 ədəd tapança bağışlayıb
Estoniya Müdafiə Nazirliyi Ordunun silahlanmasından çıxarılan 2400 ədəd Sovet istehsalı olan “Makarov” (PM) tipli tapançanı Ukraynaya göndərib.
“AzeriDefence”nin “Armyrecognition”a istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
Estoniya Müdafiə naziri Jüri Luik Ukraynanı qətiyyətlə dəstəklədiklərini bəyan edib: “Estoniya Ukraynaya silah bağışlamaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin təlimində və hərbi tibb sahəsində bu ölkəni dəstəkləyir. Habelə Estoniya və Ukrayna ərazi və kiber müdafiə sahələrində birgə təcrübə mübadiləsi aparır”.
Bildirilib ki, Estoniya Silahlı Qüvvələri NATO standartlı silahlara keçdiyi üçün 9 mm kalibrli “Makarov” tapançalarını Ukrayna Ordusuna bağışlayıb.
CATEGORIES Xəbərlər