
Estoniya Ukraynaya 230 milyon avro dəyərində silah və texnikalar çatdırıb
Estoniya Ukraynada münaqişə başlayandan bəri Kiyevə 230 milyon avro dəyərində hərbi təyinatlı məhsullar tədarük edib.
“Poliqon” xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzinin rəhbəri Maqnus Valdemar Saar bildirib.
Onun sözlərinə görə, Ukraynaya göndərilən hərbi yardım paketlərinə müxtəlif növ silah-sursatlar, o cümlədən minaatanlar, tank əleyhinə qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, təkərli zirehli maşınlar, eləcə də xeyli sayda digər texnika daxil edilib.
Bildirilib ki, bundan başqa, Estoniya Ukraynaya humanitar yardım da göstərib.
Dövlət Mərkəzinin rəhbəri onu da qeyd edib ki, Estoniya Ukraynaya kömək etmək üçün əlavə imkanlar axtarışındadır.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər