Estoniyanın zirehli texnikası RS4 “Protector” döyüş modulları ilə təkmilləşdiriləcək

Estoniyanın zirehli texnikası RS4 “Protector” döyüş modulları ilə təkmilləşdiriləcək

Estoniya Silahlı Qüvvələri Norveçin “Kongsberg” şirkətinin istehsalı olan məsafədən idarə olunan RS4 “Protector” döyüş modullarını sifariş edib.

Bu barədə “Poliqon” “Kongsberg” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Kongsberg” şirkəti Estoniya Silahlı Qüvvələri Komandanlığı ilə RS4 uzaqdan idarə olunan modulların “Protector” ailəsini təchiz etmək üçün müqavilə imzaladığını açıqlayıb. Bu modullar CV90 piyadanın döyüş maşınlarını (PDM) təkmilləşdirmək üçün alınır.

Qeyd edək ki, CV90 PDM Estoniya Silahlı Qüvvələrinin imkanlarını artırmaq üçün 2016-cı ildə Niderlanddan alınıb.

2021-ci ilin əvvəlində iki illik təkmiləşdirmə və yeniləmə proqramı üçün müqavilə imzalanıb. Gələcək tapşırıqların icrası üçün yenilənmiş CV90 PDM RS4 “Protector” döyüş modulu ilə təchiz olunacaq.

RS4 “Protector” məsafədən idarə olunan döyüş modulu (RWS) qoşalaşmış silahlar və tank əleyhinə idarə olunan raketlər də daxil olmaqla kiçik və orta çaplı silahlar üçün nəzərdə tutulmuş yüksək çevik sistemdir. Tam stabilləşdirilmiş 2+2 ox sistemi tuşlayıcıya istifadə edilən silah və sursatdan asılı olmayaraq nişangahı hədəfin üzərində saxlamağa imkan verir.

RS4 “Protector” döyüş bölgələrində milyonlarla saatlıq təcrübəyə və bütün dünyada müdafiə qüvvələri ilə sıx əməkdaşlığa əsaslanan yetkin və sübut edilmiş məmulatdır. Estoniyanın əldə etdiyi varianta tank əleyhinə idarə olunan “Javelin” raketlərindən istifadə imkanları daxildir.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında müdafiə qabiliyyətini artırmaq məqsədilə ABŞ-ın Müdafiə Qüvvələrinə təhvil verdiyi 92 ədəd “Javelin” tank əleyhinə idarə olunan raketlər Estoniyaya gəlib.

estoniya1

Estoniya Silahı Qüvvələrinin CV90 zirehli döyüş maşınları

estoniya2

RS4 “Protector” döyüş modulu

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS