ƏÜO-nun HHM bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv edib – FOTO/VİDEO

ƏÜO-nun HHM bölmələri şərti düşmənin yerüstü hədəflərini məhv edib – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə Ordu aviasiyası da cəlb edilib.

Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.

Səyyar zenit-raket komplekslərinin və zenit-artilleriya bölmələrinin heyətləri çətin hava şəraitində müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti düşmənin hava hücumu vasitələrinin hücumunun qarşısının alınması və hava hücumundan müdafiə bölmələrinin mövqeyinə soxulmağa cəhd edən şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu kompleks məşqin sonunda döyüş heyətlərinin iş keyfiyyəti, manevretmə qabiliyyəti və uzlaşma səviyyəsi təhlil olunaraq qiymətləndirilib.

əuo1 2

əuo2 1

əuo3 1

əuo4 1

əuo6

Poliqon.az

CATEGORIES
TAGS