“Eurasia Air Show”un yeni tarix təsdiqləndi – 2-6 dekabr 2020

“Eurasia Air Show”un yeni tarix təsdiqləndi – 2-6 dekabr 2020

Koronavirus pandemiyası ilə əlaqədar olaraq vaxtı dəyişdirilmiş Avrasiya Aviaşousu (Eurasia Air Show-2020)beynəlxalq aviasiya şousu 2-6 dekabr 2020-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə aprelin 30-da keçirdiyi online mətbuat konfransında sərginin təşkilat komitəsinin sədri Hakan Kurt məlumat verib.

Qeyd edək ki, aviaşou 22-26 aprel tarixlərinə planlaşdırılsa da dünyada və Türkiyədə yayılan COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu tarix iyun ayına keçirilmişdi.

Hakan Kurt Türkiyənin Türkiyənin Ticarət Nazirliyi və Ticarət Plataları Birliyindən (TOBB) daxil olan məktub əsasında bütün sərgilərin vaxtının dəyişdirildiyini vurğulayıb.

Hakan Kurt aviaşouya ilk dəfə qatılacaq ölkələr arasında Qazaxıstan, Braziliya, İtaliya, Cənubi Afrika Respublikası, Kolumbiya və Çinin olduğunu qeyd edib. 2018-ci ildə ilk dəfə “Eurasia Air Show”a qatılmış İran da bu il yenidən iştirak üçün müraciət edib.

“İranın həm Müdafiə Nazirliyi, həm də Mülki Aviasiya Təşkilatı rəsmi məktubla “Eurasia Air Show”a qatılmaq üçün müraciət edib”, – deyə Kurt bildirib.

Sərgi iştirakçılarının 50%-ə qədərinin hərbi, 50%-nin isə mülki aviasiya və kosmik sənaye şirkətləri olacağı gözlənilir.

Sərgi çərçivəsində 5-ci “Global Satellite and Space Show”’un da keçiriləcək.

Açıq statik pavilyonda isə həm müxtəlif ölkələrin HHQ və mülki aviasiya şirkətlərinin təyyarələri, həm də Türkiyənin yerli şirkətləri tərəfindən istehsal edilən təyyarə, helikopter və pilotsuz uçuş aparatlarının nümunələrinin sərgilənməsi nəzərdə tutulur.

 

CATEGORIES
TAGS