F-16-dan atılan KGK-84 qanadlı tuşlama dəsti hədəfi dəqiqliklə vurub

F-16-dan atılan KGK-84 qanadlı tuşlama dəsti hədəfi dəqiqliklə vurub

ASELSAN tərəfindən inkişaf etdirilən KGK-84 qanadlı tuşlama dəstinin atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.

Məlumatda bildirilib ki, F-16 qırıcısından buraxılan KGK-84 hədəfi tam dəqiqliklə vurub.

“F-16 qırıcılarından buraxılaraq hədəfini tam dəqiqliklə vuran ASELSAN KGK-84 qanadlı tuşlama dəsti, uzaq məsafədən əvvəlcədən müəyyən edilmiş uçuş marşrutu üzərindəki yol nöqtələrini yüksək həssaslıqla izləyə bilmə qabiliyyəti və dünyadakı analoqlarından fərqlənən qabaqcıl texnoloji üstünlükləri ilə ölkəmizin tuşlama sistemləri sahəsində çatdığı yüksək səviyyəni bir daha nümayiş etdirmişdir”, – deyə H.Görgün vurğulayıb.

Qeyd edək ki, ASELSAN-ın hazırladığı KGK-84, bir tonluq aviasiya bombasına uzun mənzil qabiliyyəti qazandıran qanadlı tuşlama dəstidir. İtkisiz (enerji itkisiz) dizaynı ilə qiymət baxımından səmərəli həll olan KGK-84, istifadəçiyə zərbə bucağını seçmə imkanı, eləcə də radioelektron qarışdırmaya və müdaxiləyə qarşı yüksək dayanıqlılıq bacarığı təqdim edir.

CATEGORIES
TAGS