F-16 qırıcılarının ilk partiyası Ukraynadadır

F-16 qırıcılarının ilk partiyası Ukraynadadır

Hərbi yardım çərçivəsində Qərb tərəfindən bağışlanan F-16 döyüş təyyarələrinin ilk partiyası artıq Ukraynadadır.

“Poliqon” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Günü ilə bağlı keçirilən mərasimdə F-16, MiQ-29 və Su-27 qırıcıları səmada nümayiş uçuşları ediblər.

Mərasimdə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu, hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin inkişafında yeni mərhələdir və ölkəsi Qərb standartlı döyüş təyyarələrinə keçid üçün çox iş görüb.

Buna baxmayaraq, V.Zelenski F-16 təyyarələrinin və təlim keçmiş pilotların sayının hələ də yetərli olmadığını vurğulayıb: “Ukrayna tərəfdaş ölkələrdən əlavə qırıcılar gözləyir və pilotlarımızla mühəndislərimiz müvafiq təlimlərdən keçməkdə davam edirlər”.

CATEGORIES
TAGS