Hava

F-35 qırıcılarının ilk partiyası Polşa HHQ-yə çatdırılıb

ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35 “Lightning II” qırıcı təyyarələrinin ilk partiyası Polşa Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.

“Poliqon”un Polşa Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, çatdırılan ilk üç ədəd F-35 təyyarəsi ölkənin Lask şəhərində yerləşən 32-ci Taktiki Aviasiya Bazasına eniş edib.

Bildirilib ki, F-35 qırıcılarının Polşa HHQ-nin aviasiya parkına daxil edilməsi prosesi yalnız təyyarələrin alınması ilə məhdudlaşmır. Proses çərçivəsində pilotların və texniki heyətin hazırlanması, yeni infrastrukturun qurulması, həmçinin silah sistemlərinin tədarükü də həyata keçirilir.

Qeyd olunub ki, F-35 qırıcılarının Polşaya çatdırılması həm ölkənin, həm də NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Polşa tərəfi “Lockheed Martin” şirkətinə ümumilikdə 32 ədəd F-35 qırıcısı sifariş edib. Sifariş çərçivəsində 2030-cu ilə qədər təyyarələrin tədarükü ilə yanaşı, digər avadanlıqlar üçün tam logistika dəstəyinin təmin olunması da nəzərdə tutulur.

Back to top button