FA-50 qırıcılarının ilk partiyası artıq Polşadadır
Polşanın Cənubi Koreyadan aldığı FA-50 yüngül təlim/döyüş təyyarələrinin ilk iki ədədi artıq ölkəyə çatdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, Cənubi Koreyadan sifariş olunan və köhnə sovet texnikasını əvəz edən yüngül döyüş təyyarələri Polşa Hərbi Hava Qüvvələrinin potensialını gücləndirəcək.
Xatırladaq ki, Polşanın Milli Müdafiə Nazirliyi və Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti arasında 48 ədəd FA-50 təyyarəsinin satın alınmasını nəzərdə tutan müqavilələr ötən ilin sentyabr ayında imzalanıb.