
Fərid Səfərli Azərbaycana qaytarılıb
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşı, 2023-cü ildə İranda saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
CATEGORIES Xəbərlər