FHN 750 aztəminatlı ailəyə yardım edib

FHN 750 aztəminatlı ailəyə yardım edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar müxtəlif tədbirlər, o cümlədən sosial dəstək tədbirləri həyata keçirir.

FHN-in mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, növbəti belə tədbir Bakı şəhərinin Xəzər rayonunda keçirilib.

FHN əməkdaşları tərəfindən rayon ərazisində yaşayan xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq sosial izolyasiya şəraitində evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar.

CATEGORIES
TAGS