FHN-də mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib

FHN-də mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib

2022-ci ilin yanvar 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

Bu barədə “Poliqon”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

fhn2 fhn3 fhn4

Poliqon.az

CATEGORIES
TAGS