
FHN-in bir qrup hərbçisinə ali hərbi rütbələr verilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, sərəncama əsasən, FHN-in aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
CATEGORIES Xəbərlər