FHN-in ilk qrupu Türkiyəyə yola düşüb

FHN-in ilk qrupu Türkiyəyə yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-in müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola düşüb.

Bu barədə “Poliqon”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AZAL-a məxsus təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş qrup Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Bildirilib ki, Türkiyədə tüğyan edən meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan FHN-in kifayət qədər qüvvəsi hazır vəziyyətə gətirilib və hər an yola düşməyə hazırdır.phpThumb generated thumbnail 0003 0002 Poliqon.az

CATEGORIES
TAGS