FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib

FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanının ərazisində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR, bp, FHN yanında İctimai Şura və digər qurumların rəhbər vəzifəli şəxsləri izləyiblər.

Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.

Əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin, həmçinin təlimdə iştirak edən digər qurumların texnika və avadanlıqlarına baxış keçirilib.

Sonra təlim qərargahında fövqəladə halların idarə edilməsinə məsul qurumların böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb.

Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 km cənub-şərqdə şərti dağıdıcı zəlzələ baş verib. “Zəlzələ” nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilib.

Şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Şərti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar “yanğın-xilasetmə əməliyyatı” uğurla həyata keçirilib.

Sonda Azərbaycanın Dövlət bayrağı və Beynəlxalq Mülki Müdafiə Təşkilatının bayrağı ilə təlim ərazisi üzərindən uçan helikopterlərin paradı keçirilib.

Qeyd edək ki, təlimdə Fövqəladə Hallar Nazirliyi ilə yanaşı Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR və bp-nin ümumilikdə 1250 nəfərdən ibarət canlı qüvvəsi, 8 ədəd helikopteri, 277 ədəd xüsusi təyinatlı texnikası və 14 baş xüsusi təlim görmüş iti iştirak edib.

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.1 h3a8318 scaled 2 h3a8327 scaled 3 h3a8353 scaled 4 h3a8489 scaled 5 h3a8551 scaled 6 h3a8579 scaled 40 tlm scaled 47 tlm scaled 48 whatsapp image 2025 07 10 at 161319 scaled 48 tlm scaled 49 tlm scaled 50 tlm scaled 50 whatsapp image 2025 07 10 at 162214 52 tlm scaled 53 tlm scaled 531 tlm scaled 55 tlm scaled 56 tlm scaled 57 tlm scaled 58 tlm scaled 59 tlm scaled 60 tlm scaled 61 tlm scaled 62 tlm scaled 63 tlm scaled 65 tlm 1 scaled 66 tlm scaled 67 tlm scaled 68 whatsapp image 2025 07 10 at 173934 1 scaled 68 tlm scaled 69 tlm scaled 70 tlm scaled 70 whatsapp image 2025 07 10 at 175723 scaled 701 tlm scaled 71 tlm scaled 711 tlm scaled 72 tlm scaled 73 whatsapp image 2025 07 10 at 173941 scaled 73 tlm scaled 74 tlm scaled 78 tlm scaled 79 tlm scaled 80 tlm scaled 81 tlm scaled 82 tlm scaled 85 tlm scaled 86 tlm scaled 88 h3a8682 scaled

CATEGORIES