Xəbərlər
FHN-in Türkiyədəki sonuncu qrupu Azərbaycana qayıdıb

Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup bu gün ölkə ərazisinə daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində Azərbaycana qayıdıb.





