Filippin İsraildən “Spyder” ZRK-ləri almaq istəyir
Filippinin Büdcə və İdarəetmə İdarəsi (DBM) Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün yerüstü hava hücumundan müdafiə (GBAD) sistemlərinin alınmasına dair maliyyəni təsdiqləyib.
“AzeriDefence”nin “Janes” nəşrinə istinadən verdiyi xəbərə görə, DBM tərəfindən GBAD layihəsinə 2.39 milyard PHP (48.4 milyon ABŞ dolları) ayrılıb.
Satınalma proqramı çərçivəsində Filippin Silahlı Qüvvələrinin İsrailin “Rafael” şirkəti tərəfindən istehsal olunan “Spyder” zenit-raket kompleksləri (ZRK) əldə etmək istədiyi bildirilir.
CATEGORIES Xəbərlər